Sosial

Zibilliyə çevrilən Hövsan bağları

Roza Məmmədova
16 May, 2022
238

Toplum Tv

Ekspert: “Nə qədər ki, zibili dövlət toplayacaq, problem də qalacaq”

Hövsan bağları massivi kimi tanınan ərazi zibilliyə çevrilib. Yaşayış evlərindən 300-400 metr aralıda yerləşən boş əraziyə təkərlər, məişət tullantıları, tikinti materialları atılır.

Məsələni ictimailəşdirən bölgə sakini Murad Əhəd deyir ki, tullantıların bura tökülməsinin səbəbi ərazinin nəzarətsiz qalmasıdır:

“Qəsəbədə tullantı poliqonu yoxdur. Təkcə Günəşlidə var, ancaq o da çox uzaqdır. Şirkətlər vaxtı keçmiş məhsulları bura atırlar. Hətta bir dəfə bura atılan təkərlər alışıb ərazidə yanğın baş vermişdi. Çoxsaylı şikayətlərdən sonra gəlib yanğını söndürdülər, ərazinin bir hissəsi təmizləndi. Amma göründüyü kimi buna təmizlik demək olmaz, sadəcə zibillər bir yerə qalaqlanıb”.

Hövsan qəsəbəsi (bağları) Suraxanı İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərir. “Toplum TV” məsələylə əlaqədar dəfələrlə Suraxanı rayon İcra Hakimiyyətinə və Bələdiyyə nümayəndəliyinə sorğu göndərsə də, münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, bu, Hövsan qəsəbəsindən ilk belə şikayət deyil. Dəfələrlə yerli mediada tullantıların vaxtı-vaxtında təmizlənmədiyi, zibillik problemlərinin olduğu barədə yazılıb.

“Hamı cəmiyyəti qınayır, amma inanın, heç kim zibil görməkdən həzz almır”

Tullantı məsələləri üzrə ekspert Emin İlyas belə deyir. Onun sözlərinə görə, insanlar görsə ki, adekvat addımlar atılır, zibilə münasibət də dəyişər:

“Zibillərin toplanması işinə İcra Hakimiyyəti cavabdehdir, amma mənzərə göstərir ki, onlar bunun öhdəsindən gələ bilmir. Dünyada ən yayğın praktika odur ki, bələdiyyələr prosesdə ciddi rol oynayır: bələdiyyə inzibati əraziləri 5 yerə bölür, tenderlə əraziləri şirkətlər arasında paylaşdırır.

Digər təcrübə də odur ki, vətəndaşlardan pul yığılır, sonra vəsait zibili toplamaq üçün özəl şirkətlərə verilir.

Xaricdə əgər mən bir binada yaşayıramsa, başqa binaya zibil ata bilmirəm. Hər binanın tullantı üçün öz şifrəsi var. İnsanlar zibili xüsusi yerlərə atır, sonra şirkət çeşidlənmiş zibili gəlib götürür. Hamı da bilir ki, zibilə görə kim məsuliyyət daşıyır. Bir sözlə, bizdə dövlətdə biznes marağı yoxdur, buna görə də zibilə yanaşması, öhdəliyi olduğu üçün sadəcə onu daşımaqdır”.

Emin İlyas - ƏKİNÇİ

Ekspertin fikrincə, problemi həll etməyin ən uğurlu yolu özəl şirkətləri sahəyə cəlb etməkdən keçir:

“Əlaqədar şirkətlərə vergi güzəştləri edilsə, xaricdən gətiriləcək avadanlıq ƏDV-dən və idxal rüsumundan azad olunsa, vəziyyət stimullaşar. Nə qədər ki, zibili dövlət toplayacaq, problem də qalacaq”.

Sosial

Məhkəmə Hüquq Şurası: “Qadınların sayı ilə bağlı qanunda xüsusi kvota yoxdur"

Samirə Əli
6 İyul 2022
Əvvələr qadınlar hakim korpusunun 17 faizini təşkil edirdisə, indisə bu faizin 20-ə qalxdığı bildirilir.  Bu barədə "Toplum TV"-yə Məhkəmə Hüquq Şurasından bildirilib.  Prezident İlham Əliyevin bu ilin iyulun 1-də imzaladığı sərəncama görə, 39 nəfər yeni nəsil hüquqşünas hakim vəzifəsinə təyin edilib.  Bunlardan 23-ü qadın, 16-sı kişi olub.  “Qadınların sayının artırılması ilə bağlı qanunvericilikdə xüsusi kvota yoxdur. Sadəcə, qadınlar son dövrlərdə seçim proseslərində daha aktiv iştirak edirlər”, - deyə qurumdan əlavə edilib.  Təyinatdan sonra Azərbaycanda ümumilikdə 565 hakim var.  Bunlardan 453-ü kişi, 112-si qadındır.  
Sosial

Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlandı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda Qurbаn bаyrаmı namazının qılınacağı vaxt açıqlanıb.  Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının yaydığı məlumatda bildirilib.  AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 9 iyul tarixinə təsadüf edəcək.  Qurban kəsimi 9 iyul tarixindən başlayaraq, 3 gün davam edə bilər: İyul ayının 9-da məscidləridə birgə Bayram namazları qılınacaq.

Seçilmiş Videolar

Toplum TV loqo