Toplumsal

Qeydiyyatsız vətəndaş neynəsin?

Günel Manaflı
25 Yanvar, 2023
430

Yaşayış yerindən kənarda 60 gündən artıq yaşayan vətəndaş İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Vətəndaş sözügedən qaydalara əməl etmədiyi zaman ona xəbərdarlıq edilir və ya barəsində 30 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunur ki, bu da bir çox vətəndaşın narazılığına səbəb olub. Çünki əksər vətəndaşlar rayonlardan paytaxta iş arxasınca gəlir və burada kirayədə qalmalı olur. Kirayədə qaldıqları ev sahibləri də bir çox hallarda vətəndaşları qeydiyyata almaq istəmir. Polis orqanlarında müvəqqəti qeydiyyat da ləğv edildiyi üçün vətəndaşlar nə etməli olduqlarını bilmir.

Maraqlıdır, daimi yaşayış yeri olmayan, heç yerdə qeydiyyatda olmayan vətəndaş nə etməlidir? Müvəqqəti qeydiyyat üçün hara müraciət etməlidir?

Bu və digər suallara qonaqlarımız Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və media ilə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev və vəkil Cavad Cavadovla cavab tapmağa çalışacağıq.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Toplumsal

Azərbaycanda rus dili niyə təbliğ olunur: siyasət, yoxsa tələbat?

Günel Manaflı
13 Sentyabr 2023
Rus dilli təhsil tələbatdan doğur yoxsa dəbdir? Ümumiyyətlə, dövlət dili Azərbaycan dili olan ölkədə rus dilində təhsilə ehtiyac varmı?  Qonaqlarımız professor Şahlar Əsgərov və tədqiqatçı Cavid Ağa ilə bu haqda müzakirə aparacağıq.  
Toplumsal

Siqaret bahalaşdı, digər məhsullar da bahalaşacaqmı?

9 Avqust 2023

Toplum TV

Siqaretlərin qiymətində 10-20 qəpik bahalaşma müşahidə edilir. Ümumilikdə ərzaq məhsullarının qiymətində də artım var. Hökümət inflyasiyanın yalnız Azərbaycanda deyil, bütün dünyada getdiyini deyir. Ancaq dünya ərzaq indeksi əsas ərzaq məhsullarının qiymətlərinin ucuzlaşdığını bildirir. Azərbaycanda isə bu hiss edilmir. Bu haqda müzakirəmizi iqtisadçı Asif İbrahimov və kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə aparacağıq.

Seçilmiş Videolar

Toplum TV loqo