Toplumun Nəbzi

Azərbaycanda “casus” ovu

Xədicə İsmayıl
14 Mart, 2023
104

Toplumun Nəbzi verilişinin bugünkü qonaqları Vətən Uğrunda qəzetinin təsisçisi Rövşən Əhmədli və təhlükəsizlik eksperti İlham İsmayıldır.

​ Son günlərdə 25-ə yaxın inanclı fəalın İran casusu ittihamı ilə həbsdindən danışacağıq. 

Martın 12-də hökumətyönlü mediada Azərbaycanda İran casus şəbəkələrinə qarşı növbəti əməliyyat keçirilməsi və bir dəstənin saxlanması haqda məlumat yayılıb. Amma əməliyyatın detalları haqda heç bir məlumat verilməyib. 

Saxlanılan şəxslərin yaxınları isə bunu şər-böhtan adlandırır. Həmçinin ailə üzvlərinin fotolarının yayılmasını və mediada onların “İran casusları” kimi təqdim olunmasını təqsirsizlik prezumpsiyası hüququnun pozulması kimi qiymətləndirir. Onlar həbs edilən yaxınlarını “İranla gərginləşən münasibətlərin qurbanı” hesab edirlər. 

Azərbaycanda inanclıların həbs dalğası təxminən ayyarım əvvəl – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra da yaşanmışdı. O zaman da iki ölkə arasında münasibətlərin gərginləşməsi yanvarın sonu-fevralın əvvəlində Azərbaycanda inanclı kimi tanınan şəxslərin narkotik ittihamıyla həbsi ilə müşayiət olunmuşdu. Həmin vaxt da da Daxili İşlər Nazirliyi 45-dən artıq “İran casusu”nun saxlandığını açıqlasa da, bu haqda ətraflı heç bir məlumat verilmədi 
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq. 

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir. 

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Toplumun Nəbzi

Su haqqı: susuz qalanlara hüquqşünaslar məsləhət verir

Xədicə İsmayıl
17 Mart 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları vəkil Samir İsayev və hüquqşünas Səməd Rəhimlidir. Onlarla susuz qalan əhalinin ata biləcəyi hüquqi addımlardan, insanların su hüququndan  danışacağıq. Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinləri su problemi ilə əlaqədar etiraz aksiyası keçirib. Onlar magistral yolu bağlamağa cəhd göstəriblər.  Polislər etiraz aksiyasına müdaxilə edib, kənd sakinləri arasında xəsarət alanların olduğu bildirilir. Sakinlərin sözlərinə görə, polislər aksiya iştirakçılarına qarşı zorakılıq edib, hətta rezin güllələrdən istifadə olunub. Nəticədə bir sıra kənd sakinləri ciddi xəsarət alıb. Hətta xəstəxanaya düşənlərin də olduğu bildirilir.  Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq...
Toplumun Nəbzi

Qarabağ, sülh danışıqları, müşahidəçilər, yeni müharibə təhlükəsi

Xədicə İsmayıl
16 Mart 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonağı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur. Onunla Qarabağ konfliktində son durumu, eləcə də ölkənin siyasi gündəmini müzakirə edəcəyik. Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.  Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.   Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Seçilmiş Videolar

Toplum TV loqo