Toplumun Nəbzi

Toplumun Nəbzinin xüsusi buraxılışı: İrandakı səfirliyə silahlı hücum

Xədicə İsmayıl
27 Yanvar, 2023
186

Azərbaycanın Tehrandakı səfirliyinə hücum yanvarın 27-si səhər saat 8.30 radələrində baş verib.

Silahlı şəxs səfirliyin mühafizə postuna hücum edib. Hadisə nəticədə səfirliyin mühafizə xidmətinin rəhbəri həlak olub, daha iki nəfər yaralanıb. 
İranın yüksəkçinli dövlət rəsmiləri saatlar ərzində hadisə barədə susub. 

İran XİN sözçüsü saatlar sonra hadisə barədə açıqlama verib: "Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi tapşırığı ilə bu hərəkətin ölçüləri və basqın edənin motivinin müəyyənləşdirilməsi üçün məsələ yüksək prioritet və həssaslıqla araşdırılır".

Tehran şəhərinin polis rəisi Hüseyn Rəhimi isə Azərbaycan səfirliyinə edilən hücumun şəxsi zəmində olduğunu bildirib. 
Onun sözlərinə görə, hücum edən şəxs iki azyaşlı uşağı ilə səfirliyə girib.

“İlkin araşdırmalar göstərir ki, sui-qəsdçinin motivi şəxsi və ailə problemləri ilə əlaqədar olub", - deyə polis rəisi iddia edib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Toplumun Nəbzi

Su haqqı: susuz qalanlara hüquqşünaslar məsləhət verir

Xədicə İsmayıl
17 Mart 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları vəkil Samir İsayev və hüquqşünas Səməd Rəhimlidir. Onlarla susuz qalan əhalinin ata biləcəyi hüquqi addımlardan, insanların su hüququndan  danışacağıq. Martın 13-də Saatlı rayonunun Nabatkənd və Orta Muğan kənd sakinləri su problemi ilə əlaqədar etiraz aksiyası keçirib. Onlar magistral yolu bağlamağa cəhd göstəriblər.  Polislər etiraz aksiyasına müdaxilə edib, kənd sakinləri arasında xəsarət alanların olduğu bildirilir. Sakinlərin sözlərinə görə, polislər aksiya iştirakçılarına qarşı zorakılıq edib, hətta rezin güllələrdən istifadə olunub. Nəticədə bir sıra kənd sakinləri ciddi xəsarət alıb. Hətta xəstəxanaya düşənlərin də olduğu bildirilir.  Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq...
Toplumun Nəbzi

Qarabağ, sülh danışıqları, müşahidəçilər, yeni müharibə təhlükəsi

Xədicə İsmayıl
16 Mart 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonağı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovdur. Onunla Qarabağ konfliktində son durumu, eləcə də ölkənin siyasi gündəmini müzakirə edəcəyik. Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.  Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.   Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Seçilmiş Videolar

Toplum TV loqo