TV Proqramlar

DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirib

1 Noyabr, 2022
32

“Toplumda Xəbər”in bu gün yayımlanan buraxılışında başlıqlar bunlardır:        

 

1. Soçi görüşündə bəyanat qəbul edilib

2.Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusu verilməyib

3.Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib

4. Naxçıvanın öz DTX-sı olmayacaq

5. Azərbaycanda gələn il pensiyaçılar üçün yaşayış minimumu 199 manat olacaq

6. İran hakimiyyəti  Məhsa Əmininin ölümü haqqında ilk dəfə yazan iki jurnalisti vətənə xəyanətdə ittiham edib

7. Güney  azərbaycanlı komediya ustası saxlanılıb

8. Sabahın hava proqnozu açıqlanıb

 

“Toplum TV” daxili siyasəti, xarici siyasəti, ictimai-siyasi hadisələri, ölkənin iqtisadi durumunu, ölkədə baş verən hadisələri həftənin 5 günü xəbərlər proqramı ilə izləyicilərinə çatdırır. Məqsədimiz Azərbaycanın ictimai-siyasi həyatında baş verən yenilikləri senzurasız izləyicilərimizə çatdırmaqdır.                           

Günün əsas xəbərlərindən agah olmaq üçün Alya Ağayevanın təqdimatında “Toplumda Xəbər”i izləyin


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

TV Proqramlar

Can Dündarla sülh, seçki və demokratiya barədə söhbət

Xədicə İsmayıl
31 Yanvar 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonağı türkiyəli jurnalist Can Dündardır.  Onunla sülh, seçki və demokratiya barədə söhbət edəcəyik. C.Dündar 2015-ci ildə baş redaktoru olduğu “Cümhuriyyət” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu. O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi. Jurnalist hazırda Alamaniyada...
TV Proqramlar

Azərbaycan, İran, İsrail: Bölgədə müharibə təhlükəsi varmı?

Xədicə İsmayıl
30 Yanvar 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay, politoloqlar Arif Keskin və Turab Rzayevdir. Onlarla iranda baş verən hadisələri müzakirə edəcəyik. Yanvarın 28-dən 29-a keçən gecə İran İslam Respublikasının hərbi obyektlərində partlayışlar olub. Tehran rəsmiləri İsfahandakı hərbi zavodun iki pilotsuz aparatla vurulmasını etiraf edib. İslam Respublikasının Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə bölmələri İsfahan şəhərinin mərkəzindəki hərbi emalatxanaya pilotsuz təyyarənin hücumunu dəf ediblər. Müstəqil mənbələr isə Tehran, İsfahan, Azərşəhr, Təbriz və digər şəhərlərdə ən azı 5 hərbi obyektin partladıldığı xəbərini yayıblar.  “Əl-Ərəbiyyə” telekanalı hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib. İsrail hakimiyyəti isə bu...

Seçilmiş Videolar

Toplum TV loqo