TV Proqramlar

Ermənistan, Azərbaycan və Rusiya arasında 10 noyabr Bəyanatının 2 ili - kim qazandı, kim itirdi?

Şəmşad Ağa
10 Noyabr, 2022
33

Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanat imzalamasından 2 il ötür.

Mövzunu konfliktoloq Zaur Şiriyev və siyasi şərhçi Elman Fəttah ilə müzakirə edəcəyik.

Bu müddət ərzində Azərbaycan və Ermənistan bir-birini sözügedən bəyanata əməl etməməkdə ittiham ediblər.

Noyabrın 8-də İlham Əliyev bildirib ki, Ermənistan 10 noyabr Bəyanatına tam əməl etmir: “ Öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir”. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın guya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi bəhanəsi ilə Laçın dəhlizinin bağlanmasına nail olmağa və Dağlıq Qarabağ ermənilərini qovmağa çalışır.

Nikol Paşinyan isə noyabrın 10-da Əliyevin fikirlərinə reaksiya verərək deyib ki, Azəbaycan hakimiyyətinin regional iddiaları Cənubi Qafqazda sabitlik üçün təhdid yaradır. “Ermənistan Azərbaycanla sərhəd keçid məntəqəsi açmağa hazırdır, amma Bakı bundan imtina edir. Onun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağda erməni qoşunlarının olmadığından əmin olmaq üçün ora müşahidə missiyasının göndərilməsindən imtina edib”,- Paşinyan deyib.

“ToplumTV” daxili siyasəti, xarici siyasəti, ictimai-siyasi hadisələri, ölkənin iqtisadi durumunu, ölkədə baş verən hadisələri tərəfsiz olaraq izləyicilərinə çatdıran media resursudur. Məqsədimiz Azərbaycanın ictimai-siyasi həyatında baş verən yenilikləri senzurasız izləyicilərimizə çatdırmaqdır. Verilişimizdə hökumət nümayəndələri, millət vəkilləri, ictimai-siyasi xadimlər, aktivistlər və digər şəxslər iştirak edirlər. Verilişin arxivinə buradan baxa bilərsiniz. Verlişimizi bəyənib, paylaşaraq bizə dəstək ola bilərsiniz.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

TV Proqramlar

Yeniyetmələr və gənclər arasında kriminala meyillik niyə artır?

Günel Manaflı
30 Noyabr 2022
Azərbaycanda cinayət törətmiş yeniyetmələrin və gənclərin sayı artıb. Bunu Dövlət Statistika Komitəsinin illik məlumatları, xəbər saytlarında və sosial mediada yayılan xəbərlər deməyə əsas verir. Komitənin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında 14-17 yaşda olan uşaqların sayı 31,8 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 17,3 faiz, onların iştirakı ilə 2,2 dəfə, onlara qarşı törədilən cinayətlərin sayı isə 17,1 faiz artıb. Təəssüf doğuran hallardan biri də, yeniyetmələr arasında kriminal aləmə, el arasında “vorovskoy aləm” adlanan şəxslərə maraq və rəğbət armasıdır. Yeniyetmələr onlara bənzəməyə çalışır. Yeniyetmə və gənclərdə...
TV Proqramlar

Parlamentdə Şimali Azərbaycan təklifi kimə mesajdır?

Kamran Mahmudov
29 Noyabr 2022
“Xəbərin Ardınca”da bu gün: Rəsmi Bakı Ermənistanın sülh təkliflərinə nə cavab verib? Parlamentdə Şimali Azərbaycan Respublikası fikrinin səslənməsi kimə mesajdır? Bu gün Milli Məclisin birinci oxunuşundan keçən qanun siyasi partiyalara nə vəd edir? İcbari Tibbi sığortadan kimlər, necə faydalanır?  “Toplum TV” daxili siyasəti, xarici siyasəti, ictimai-siyasi hadisələri, ölkənin iqtisadi durumunu, ölkədə baş verən hadisələri həftənin 5 günü Kamran Mahmudovun təqdimatıyla Xəbərin Ardınca proqramı ilə izləyicilərinə çatdırır. Məqsədimiz Azərbaycanın ictimai-siyasi həyatında baş verən yenilikləri senzurasız izləyicilərimizə çatdırmaqdır.

Seçilmiş Videolar

Toplum TV loqo