TV Proqramlar

Mağazalardakı endirimli qiymətlər realdırmı?

Günel Manaflı
23 Noyabr, 2022
42

Azərbaycanda bir sıra ticarət obyektlərində, mağazalarda  il sonu endirimləri həyata keçirilir. Həmçinin noyabrın sonuncu cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə" günü də artıq bir neçə ildir ölkəmizdə keçirilir.

Həmin gün bir çox mağazalarda 50-70, bəzən də 90% -ə qədər endirimlər edilir. Lakin marketoloqlar xəbərdarlıq edir ki, bir sıra mağazalar “QARA CÜMƏ”dən bir neçə həftə öncə bilərəkdən qiymətləri yüksəldə bilərlər. Bir çox mağazalar bu endirim günündən öz reklamları üçün istifadə edirlər. Bəzi hallarda isə anbarda uzun müddət gözləyən məhsullar rəflərə düzülür. Əksər mağazalar isə bütün məhsullara deyil, yalnız müəyyən məhsullarına şamil edir. Bəs, Azərbaycanda “QARA CÜMƏ” ilə bağlı endirimlərə nə qədər inanmaq olar? Endirimlər realdırmı? Saxta endirimlər qeydə alınırmı? Onlarla hər hansı bir mübarizə üsulu varmı?

Bu və bənzər suallara marketoloq Pərviz Əzimov və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla cavab tapmağa çalışacağıq.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

TV Proqramlar

Parlamentdə Şimali Azərbaycan təklifi kimə mesajdır?

Kamran Mahmudov
29 Noyabr 2022
“Xəbərin Ardınca”da bu gün: Rəsmi Bakı Ermənistanın sülh təkliflərinə nə cavab verib? Parlamentdə Şimali Azərbaycan Respublikası fikrinin səslənməsi kimə mesajdır? Bu gün Milli Məclisin birinci oxunuşundan keçən qanun siyasi partiyalara nə vəd edir? İcbari Tibbi sığortadan kimlər, necə faydalanır?  “Toplum TV” daxili siyasəti, xarici siyasəti, ictimai-siyasi hadisələri, ölkənin iqtisadi durumunu, ölkədə baş verən hadisələri həftənin 5 günü Kamran Mahmudovun təqdimatıyla Xəbərin Ardınca proqramı ilə izləyicilərinə çatdırır. Məqsədimiz Azərbaycanın ictimai-siyasi həyatında baş verən yenilikləri senzurasız izləyicilərimizə çatdırmaqdır.
TV Proqramlar

Naxçıvanda nə baş verir?

Şəmşad Ağa
29 Noyabr 2022
Toplum Talk-un bugünkü qonaqları REAL-ın icra katibi Natiq Cəfərli və Naxçıvan AXCP sədri Yaşar Bağırsoydur. Onlarla Naxçıvanda baş verənləri müzakirə edəcəyik. Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu. İki gün öncə isə komitənin sədri, general Səhət Həbibbəyli də saxlanılıb. Həbs olunan gömrükçülərə qarşı külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa ittihamlar irəli sürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo