Yeni ilin gəlişinə sayılı günlər qalıb. Azərbaycan əhalisinin əksəriyyət yeni ili harada və necə qarşılayacağı ilə bağlı artıq planlarını qurub. Bayramı restoran, otel və əyləncə mərkəzlərində qeyd etmək istəyənlər əllərini ciblərinin dərinliklərinə salmalı olacaq. Çünki hər il olduğu kimi bu il də otel və restoranlarda qiymətlər artıb.
Buna baxmayaraq, regionlarda otellərdə boş yerlər demək olar ki, qalmayıb. Bəzi ekspertlər bu bahalaşmanı quru sərhədlərin bağlı olması və tələbatın artması ilə əlaqələndirir. Qiymətlərə nəzarət mexanizminin də istənilən səviyyədə olmamasını bəzi otellərin oliqarxlara və məmurlara aid olması ilə əlaqəli olduğunu iddia edənlər də az deyil.
Bəs əslində vəziyyət necədi? Orta təbəqənin də istirahət edə bilməsi üçün hökumət hansısa alternativlər təklif edirmi? Ümumiyyətlə, qiymətlərə nəzarət hansı mərhələyə qədər həyata keçirilə bilir?
Bu və digər suallara qonaqlarımız deputat Rüfət Quliyev və iqtisadçı ekspert Rövşən Ağayevlə cavab tapmağa çalışacağıq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan, İran, İsrail: Bölgədə müharibə təhlükəsi varmı?
AŞPA-da Azərbaycanda siyasi məhbuslar məsələsi gündəmdədir