Azərbaycanda xüsusən də paytaxt Bakıda kirayə mənzillərin qiymətində müəyyən qədər artım hiss olunur. Ekspertlərdən kimisi bunun səbəbini pandemiyadan sonra daxili köçlə, kimisi Rusiya Ukrayna müharibəsi ilə əlaqədar olaraq bu ölkələrdən Azərbaycana gələnlərin sayının artmasında görür. Bir sıra ekspertlər isə xruşovka adalanan binaların sökülməsi ilə əlaqələndirir. Bir çox ölkələrdə sosial kirayə mənzil sistemi tətbiq olunur. Bu təcrübə ölkəmizə gətirilsə də, məzmunu biraz fərqlidir. Ölkəmizdə sosial kirayə mənzillər satış məqsədi daşıyır.
Kirayə mənzil qiymətlərinin bahalaşmasının qarşısı necə alına bilər? Tələbə yataqxanalarının yaradılması və ya tələbə yükünün azalması qiymətlərdə müəyyən ucuzlaşma yarada biləırmi? Ümumiyyətlə Azərbaycan kirayə dövriyyəsi ilə bağlı bir statistika varmı?
Bu və digər suallara qonaqlarımız əmlak və inşaat eksperti Elnur Azadov və iqtisadçı ekspert Natiq Cəfərli ilə cavab tapmağa çalışacağıq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
İran-Azərbaycan böhranı: redaksiyalarda casus əməliyyatları, müharibə ajotası