TV Proqramlar

“Tərtər işi”nə aparan yol

Xədicə İsmayıl
17 Yanvar, 2023
74

Toplumun Nəbzi verilişinin bugünkü qonaqları keçmiş hərbçi Sadiq Kərimov və politoloq Ərəstun Orucludur.

Onlarla Tərtər hadisələrindən sonrakı prosesləri müzakirə edəcəyik.

2017-ci ilin mayında Azərbaycanın hüquq-mühafizə orqanları Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs olunduğunu bildiriblər. Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10 civarında olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

"Tərtər işi" üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər, o cümlədən general-mayor Bəkir Orucov həbs edilib, bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncə ittihamı ilə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq. 

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir. 

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

TV Proqramlar

Can Dündarla sülh, seçki və demokratiya barədə söhbət

Xədicə İsmayıl
31 Yanvar 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonağı türkiyəli jurnalist Can Dündardır.  Onunla sülh, seçki və demokratiya barədə söhbət edəcəyik. C.Dündar 2015-ci ildə baş redaktoru olduğu “Cümhuriyyət” qəzetində öz imzası ilə yayımlanan Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) tırlarında silah daşındığı iddia olunan xəbəri böyük əks-səda vermiş və jurnalist cəsusluq və dövlətin gizli sənədlərini əldə edib yayımlamaqda ittiham olunmuşdu. O, məxfi saxlanılması lazım olan məlumatları və fotoları ictimailəşdirdiyinə görə 5 il 10 ay həbs cəzasına məhkum edilmişdi. Daha sonra hökm Ali Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilsə də, verilən 15 günlük müddətdə məhkəməyə gəlmədiyi üçün Can Dündar haqqında qaçaq sayılması qərarı verilmişdi. Jurnalist hazırda Alamaniyada...
TV Proqramlar

Azərbaycan, İran, İsrail: Bölgədə müharibə təhlükəsi varmı?

Xədicə İsmayıl
30 Yanvar 2023
Toplumun Nəbzi verilişinin bugünkü qonaqları Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Hasan Oktay, politoloqlar Arif Keskin və Turab Rzayevdir. Onlarla iranda baş verən hadisələri müzakirə edəcəyik. Yanvarın 28-dən 29-a keçən gecə İran İslam Respublikasının hərbi obyektlərində partlayışlar olub. Tehran rəsmiləri İsfahandakı hərbi zavodun iki pilotsuz aparatla vurulmasını etiraf edib. İslam Respublikasının Müdafiə Nazirliyi bildirir ki, hava hücumundan müdafiə bölmələri İsfahan şəhərinin mərkəzindəki hərbi emalatxanaya pilotsuz təyyarənin hücumunu dəf ediblər. Müstəqil mənbələr isə Tehran, İsfahan, Azərşəhr, Təbriz və digər şəhərlərdə ən azı 5 hərbi obyektin partladıldığı xəbərini yayıblar.  “Əl-Ərəbiyyə” telekanalı hücumun İsrail tərəfindən həyata keçirildiyini bildirib. İsrail hakimiyyəti isə bu...

Seçilmiş Videolar

Toplum TV loqo