Toplumun Nəbzi verilişinin bugünkü qonaqları Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və Media Hüququ Qrupunun rəhbəri Xalid Ağalıyevdir.
Onlarla Media reyestrində qeydiyyatdan keçməyən media subyektlərinin məhkəməyə veriləcəyi xəbərini müzakirə edəcəyik.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov yanvarın 12-də deyib ki, onların fəaliyyətini davam etdirməsi, yaxud dayandırılması məhkəmə qərarı əsasında təmin olunacaq.
İcraçı direktor onu da qeyd edib ki, reyestrdə qeydiyyatdan keçmək üçün 200-dən çox media strukturu müraciət edib və onlardan 150-i qeydə alınıb. Jurnalistlərdən isə 180 nəfərin adı reyestrə salınıb.
Media haqqında yeni qanun 2021-ildə qəbul edilib. Həmin vaxt bəzi beynəlxalq qurum və yerli ekspertlər onu tənqid ediblər. Xüsusilə orada reyestr məsələsi ayrıseçkiliyə imkan yaradacaq amil kimi dəyərləndirilib. Amma ölkə parlamentində çoxluq bununla razılaşmayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərbaycan, İran, İsrail: Bölgədə müharibə təhlükəsi varmı?
AŞPA-da Azərbaycanda siyasi məhbuslar məsələsi gündəmdədir